Incident Response Plan

İnsidentə reaksiya planı – təşkilatın informasiya sistem(lər)inə qarşı bədniyyətli kiberhücumları aşkarlamaq, cavab vermək və nəticələrini məhdudlaşdırmaq üçün sənədləşdirilmiş təlimatların və ya prosedurların qabaqcadan müəyyən edilmiş çoxluğu.
In-the-Wild (ItW)
Indicator of compromise (IOC)
OBASTAN VİKİ
Plan
Plan — Yer səthinin kiçik bir sahəsinin üfüqi müstəvidə iri miqyasda təsviri.. Plan (Coğrafiya) — Plan (En) — Fransada kommuna.
Arxa plan
Arxa plan və ya Fon (Background) Ekranda üzərində simvolların təsvir olunduğu rəngdir; məsələn, ağ fonda qara simvollar. Həmçinin, arxa plan istifadəçinin birdəfəyə bir neçə proqram və ya sənədlə işləyə biləcəyi sistemdə: verilmiş anda açıq olan, ancaq aktiv olmayan pəncərədir. Bundan əlavə, arxa plan əməliyyat sistemlərində: mikroprosessorun vaxt bölgüsündə az öncüllüyü (prioriteti) olan, yəni öncəlikli olmayan, proses və ya məsələdir. İstifadəçi informasiyanın yenilənməsini tələb etmirsə, yaxud verilmiş məsələni öncəlikli rejimə keçirmirsə, fon prosesi (məsələn, çap və ya elektron poçtun daxil olmasının yoxlanması) çox zaman istifadəçi üçün görünməz olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dalton-Plan
Dalton Plan — fərdiləşdirilmiş tədris sistemi. 20-ci əsrin əvvəllərində H.Parkherst tərəfindən yaradılmış, Dalton (ABŞ, Massaçusets ştatı) şəhərinin adı ilə adlandırılmışdır. Dalton Plan üzrə tədrisin təşkili zamanı şagirdlər ümumi sinif fəaliyyətindən asılı olmurlar, onlara həm məşğələ, müxtəlif fənlərin öyrənilməsi ardıcıllığının seçimində, həm də iş vaxtından istifadədə sərbəstlik verilirdi. Dərs ilinin əvvəlində hər bir şagird müəllimlə müəyyən tapşırıqların müstəqil və vaxtında yerinə yetirilməsinə dair müqavilə bağlayırdı. Şagirdlər ayrı-ayrı fənlər üzrə kabinet-laboratoriyalarda (Dalton Planın digər adı – laboratoriya planı buradan götürülmüşdür) işləyərək burada fənn müəllimindən məsləhət ala bilirdilər. Dalton Plan tədris tempini şagirdlərin qabiliyyətinə uyğunlaşdırmağa imkan yaradır, onları müstəqilliyə, təşəbbüskarlığa, səmərəli iş metodları axtarmağa, məsuliyyət hissini artırmağa sövq edirdi. 1920-ci illərdə SSRİ məktəblərində Dalton-Planın ifrat fərdiliyini aradan qaldırmaqla, onu modifikasiya etmək cəhdləri göstərilmişdir. Bu cəhdlər briqada-laboratoriya tədris metodu formasında öz ifadəsini tapırdı. Dalton Plan elementləri, məs. “müqavilə”lərin tətbiqi ABŞ-nin bir sıra məktəbində hələ də saxlanmışdır.
Dalton Plan
Dalton Plan — fərdiləşdirilmiş tədris sistemi. 20-ci əsrin əvvəllərində H.Parkherst tərəfindən yaradılmış, Dalton (ABŞ, Massaçusets ştatı) şəhərinin adı ilə adlandırılmışdır. Dalton Plan üzrə tədrisin təşkili zamanı şagirdlər ümumi sinif fəaliyyətindən asılı olmurlar, onlara həm məşğələ, müxtəlif fənlərin öyrənilməsi ardıcıllığının seçimində, həm də iş vaxtından istifadədə sərbəstlik verilirdi. Dərs ilinin əvvəlində hər bir şagird müəllimlə müəyyən tapşırıqların müstəqil və vaxtında yerinə yetirilməsinə dair müqavilə bağlayırdı. Şagirdlər ayrı-ayrı fənlər üzrə kabinet-laboratoriyalarda (Dalton Planın digər adı – laboratoriya planı buradan götürülmüşdür) işləyərək burada fənn müəllimindən məsləhət ala bilirdilər. Dalton Plan tədris tempini şagirdlərin qabiliyyətinə uyğunlaşdırmağa imkan yaradır, onları müstəqilliyə, təşəbbüskarlığa, səmərəli iş metodları axtarmağa, məsuliyyət hissini artırmağa sövq edirdi. 1920-ci illərdə SSRİ məktəblərində Dalton-Planın ifrat fərdiliyini aradan qaldırmaqla, onu modifikasiya etmək cəhdləri göstərilmişdir. Bu cəhdlər briqada-laboratoriya tədris metodu formasında öz ifadəsini tapırdı. Dalton Plan elementləri, məs. “müqavilə”lərin tətbiqi ABŞ-nin bir sıra məktəbində hələ də saxlanmışdır.
Plan (Coğrafiya)
Məhəlin üfüqi proyeksiyasının kağız (müstəvi) üzərində kiçildilmiş oxşar (təhrivsiz) təsvirinə plan deyilir. Plan kiçik ərazini əhatə etdiyi üçün ölçmə zamanı Yerin əyriliyi təcrübi olaraq nəzərə alınmır. Radiusu 10 km və bundan kiçik olan əraziləri plana alarkən Yerin əyriliyindən yaranan təhrif 1:10000 və ondan böyükmiqyaslı plan üzərində aparılna ölçü və hesablama işlərinin dəqiqliyindən az olduğu üçün belə əraziləri müstəvi səth kimi qəbul etmək olar. Planalmanın aşağıdakı növləri var: Bu planalma zamanı obyektlərin üfüqi koordinatları təyin edilir və kağız üzərində obyektlərin yalnız konturları təsvir olunur. Bu zaman yer səthində olan yüksəkliklər ölçülür və kağız üzərinə ərazinin ancaq relyefi təsvir olunur. Bu zaman isə Yer səthində olan obyektlərin konturu ilə yanaşı, relyef də plana alınır. Planalmada başlıca məqsəd ərazinin topoqrafik plan və ya xəritəsini tərtib etməkdən ibarət olduğu üçün çox vaxt üfuqi-şaquli planalmaya topoqrafik planalma deyilir.
Plan (En)
Plan (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Plan (İzer)
Plan (fr. Plan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Etyenn-de-Sen-Juar kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38308. Kommunanın 1999-cu il üçün əhalisi 182 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 452 ilə 785 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 30 km şimal-qərbdə yerləşir.
Computer Emergency Response Team
CERT — kompüter təhlükəsizliyi hadisələrini idarə edən ekspert qrupudur. CERT/CC əlaqələndirmə mərkəzi Karnegi-Mellon Universitetinin Proqram Mühəndisliyi İnstitutunda (PMİ) 1988-ci ildə yaradılmışdı. CERT/CC PMİ-də işlənən Networked Systems Survivability (NSS) proqramının bir hissəsidir. Bu proqramın əsas məqsədi müvafiq texnologiyaların və sistemin idarə edilməsi metodlarının qurulmasını elə şəkildə təmin etməkdir ki, hücumların maksimal səmərəli qarşısı alınsın, ziyan minimumlaşdırılsın və hətta hücumların həyata keçirilməsi uğurlu halında da sistemin fasiləsiz işi təmin edilsin. CERT/CC əlaqələndirmə mərkəzinin vəzifələri aşağıdakı məsələlərin həll edilməsidir: CERT/CC laboratoriyalarında (tədqiqat) proqram və aparat təminatının aşkarlanmış boşluqları haqqında istifadəçiləri məlumatlandırmaq üçün veb-serverdə (http://www.cert.org), ftp-serverdə (ftp://ftp.cert.org/pub/cert_advisories), Usenet telekonfransında (comp.security.announce) və göndəriş siyahılarında boşluqların təsviri və onların aradan qaldırılması üsulları – Advisories nəşr olunur. Təhlükəsizlik problemləri və onların həlli haqqında istehsalçı firmalardan alınmış məlumatlar xüsusi informasiya bülletenlərində (Vendor-Initiated Bulletins) nəşr olunur, onlar da Advisories kimi həmin kanallarla yayılır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Birinci beşillik plan (SSRİ)
Birinci Beşillik Plan (I пятилетний план, первая пятилетка) — 1928–1932-ci illər arasında Sovet İttifaqı Kommunist Partiyasının baş katibi İosif Stalinin dövründə əldə edilmiş iqtisadi hədəflərin siyahısı. Plan Sovet İttifaqının iqtisadiyyatında tək ölkədə Sosializm nəzəriyyəsinə uyğun olaraq, sıçrayış etmək məqsədi daşıyırdı.
Call and Response: The Remix Album
Call and Response: The Remix Album — Maroon 5 qrupunun remiks albomu. Albom Songs About Jane və It Won't Be Soon Before Long albomlardan remikslənmiş mahnılardan ibarətdir.
Kosmik mikrodalğa arxa plan şüalanması
Kosmik mikrodalğa arxa plan şüalanması (qısaca: şüalanması və ya fon radiasiyası) - 1965-ci ildə kəşf edilən bütün kainatı dolduran bir elektromaqnetik dalğa formasıdır. 2.725 Kelvin istiliyindəki qara obyektin termal şüalanmasını əhatə edən 160.2 GHz tezliyində və 1.9 mm dalğa boyunda olduğu COBE peyki tərəfindən hava kürə xaricində həssas olaraq ölçülmüşdür. Fon şüalanması, kainatın ən uzağından, yəni, ən qədim keçmişindən gəldiyi düşünülən elektromaqnetik şüalanmadır. Bu işığı bir çox radio astronom və fizikaçı Böyük Partlamanın ən böyük dəlili hesab edirlər. 1948-ci ildə Corc Qamou, Ralf Alper və Robert Herman tərəfindən varlığı nəzəri olaraq qarşıya qoyulmuş və 5 Kelvin istiliyində bir quru obyektin yaydığı şüalanma ilə eyni dalğa boyunda olması lazım olduğu hesab edilmişdi. 1960-cı ildə radio astronomlar bu dalğa boyunda işığı fərqinə vardıqlarından ilk əvvəl antenalerdeki quş pisliklərindən qaynaqlanan bir elektrik parazit olduğundan şübhələndilər və təmizlik edib ölçmələri tekrarladılar. Təkrarən eyni zamanda başqa astronomlar da kəşf etdi və məqalələrində nəşr etdi. NASA tərəfindən atmosfer şərtlərindən təsirlənmədən doğru ölçüm etməsi üçün bu işə xüsusi COBE (COBE: Cosmic Background Explorer - kosmik arxa plan araşdırıcısı) peyki kosmosa göndərildi. Дж.Ф. Смут - Анизотропия реликтового излучения: открытие и научное значение (Успехи Физических Наук (УФН) Т.177 2007, № 12, Нобелевская лекция по физики - 2006 Рус. яз.
The Uplift Mofo Party Plan
The Uplift Mofo Party Plan — Red Hot Chili Peppersnın ilk studiya albomudur. 29 sentyabr 1987 tarixində yayımlanan albom, EMI/Capitol Records etiketi ilə satışa buraxılmışdır.
Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatı
Ən yaxşı ikinci plan qadın roluna görə Oskar mükafatı
Siyahıda qaliblər və nominantlar haqqında məlumat Database Academy Awards, mərasimlərinə uyğun olaraq onilliklər üzrə qruplaşdırılaraq verilmişdir. Cədvələ aktrisaların adları və filmlərin adları, onların əldə edilmiş nominasiyaları, rolları daxildir. Hər ilin qalibləri siyahısında birinci göstərilib və bu qızıl fonda yarımqara şriftlə ayrılmışdır.
Ən pis ikinci plan qadın roluna görə Qızıl Moruq mükafatı
Ən pis ikinci plan qadın roluna görə Qızıl Moruq mükafatı (ing. Golden Raspberry Award for Worst Supporting Actress) — hər il Qızıl Moruq mükafatında (və yaxud "Rezzi") əvvəlki ilin ən pis ikinci plan qadın roluna görə verilən mükafat. Namizədlər və qaliblər illik abunə haqqı ödəyən hərkəsin qoşula biləcəyi Qızıl Moruq Vəqfi qrupu tərəfindən seçilir.